Quba rayonunda zəlzələ baş verib
14.08.2026Quba rayonunda zəlzələ qeydə alınıb.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 20:56-da baş verən zəlzələnin maqnitudası 4,9 olub, ocağı isə 13 kilometr dərinlikdə yerləşib.











