Hovuzda uşağın ayağı su nasosunda sıxılı vəziyyətdə qalıb – FHN əməliyyat keçirir

Hovuzda uşağın ayağı su nasosunda sıxılı vəziyyətdə qalıb – FHN əməliyyat keçirir

14.08.2026 Off By Füzuli İsmayılov

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea breeze” istirahət mərkəzində hovuzda uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Hazırda FHN qüvvələri tərəfindən əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Share