FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib
15.08.2026Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət ünvanlayıb.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitini nəzərə alaraq, FHN əhaliyə təkrar müraciət edərək, küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
“Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, – deyə müraciətdə vurğulanır.











