Ucarda yol qəzası baş verib, iki nəfər ölüb
15.08.2026Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Ələt-Qazax avtomobil yolunun rayonun Ramal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə Gəncə istiqamətində hərəkətdə olan iki yük avtomobili toqquşub.
Hadisə nəticəsində maşında olan iki nəfər aldığı ağır dərəcəli bədən xəsarətləri nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.











