ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

15.08.2026 Off By Füzuli İsmayılov

ABŞ-nin Virciniya Dövlət Universitetində yataqxanaların qarşısında baş verən atışma nəticəsində 5 nəfər yaralanıb.

Hakimiyyet.info.az “ABC News”a istinadla xəbər verir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Xəsarət alan şəxslərin hamısı yerli xəstəxanalara yerləşdirilib.

Universitetdən bildirilib ki, kampusa xeyli sayda hüquq-mühafizə orqanının əməkdaşı gəlib, istintaq davam edir.

Atışma ilə bağlı hələ ki, həbs olunan yoxdur.

Share