Beyləqanda bir nəfər suvarma kanalında batıb
15.08.2026Beyləqanda kanalda batma hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər ki, hadisə Yuxarı Qarabağ kanalının rayonun İkinci Aşıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə kanalda batan şəxsin qadın olduğu bildirilir. Hadisə barədə aidiyyəti qurumlara məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.











