Almaniyada meşə yanğınlarına qarşı mübarizə tədbirləri davam etdirilir

Almaniyada meşə yanğınlarına qarşı mübarizə tədbirləri davam etdirilir

16.08.2026 Off By Füzuli İsmayılov

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Hürtgenvald meşəsində baş verən yanğının yayılmasının qarşısı alınıb.

Hakimiyyet.info.az yerli mediaya istinadla xəbər verir ki, təxminən 300 hektar ərazini əhatə edən yanğınla mübarizəyə yüzlərlə yanğınsöndürən cəlb olunub. Bir qəsəbədən təxliyə edilən təxminən 1800 sakin evlərinə qayıdıb.

Almaniya-Belçika sərhədindəki Hohe Venn ərazisində isə yanğın genişlənməkdə davam edir. Belçika ərazisində yanğının sahəsi 2700 hektara çatıb. İki yaşayış məntəqəsindən təxminən 600 nəfər təxliyə edilib. Yanğınsöndürmə işlərinə Almaniya ilə yanaşı Çexiya, İsveç və Niderlanddan helikopter və təyyarələr cəlb olunub.

Yanğının tüstüsü Almaniyanın bir sıra bölgələrinə yayılıb. Monşau şəhərində bir neçə yaşayış məntəqəsinin sakinlərinə mümkün təxliyəyə hazırlaşmaq barədə xəbərdarlıq edilib.

Share