ABŞ-də parkda kütləvi atışma baş verib

ABŞ-də parkda kütləvi atışma baş verib

16.08.2026 Off By Füzuli İsmayılov

ABŞ-nin Kentukki ştatının Leksinqton şəhərindəki Çarlz Yanq parkında kütləvi atışma baş verib.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə yerli WKYT televiziya kanalı məlumat yayıb.

Leksinqton polisi hadisə nəticəsində bir nəfərin öldüyünü, dörd nəfərin yaralandığını bildirib. Yaralananlar arasında dörd yaşlı uşaq, 14 yaşlı yeniyetmə və iki yetkin yaşlı şəxs var. Onların xəsarətləri həyati təhlükə yaratmır.

Lakin polis hələlik şübhəli barədə məlumat yaymayıb.

Share