İran və Oman Hörmüz boğazı üçün gəmiçilik xəritəsi ilə bağlı razılığa gəliblər

İran və Oman Hörmüz boğazı üçün gəmiçilik xəritəsi ilə bağlı razılığa gəliblər

16.08.2026 Off By Füzuli İsmayılov

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Tehran və Məskatın Hörmüz boğazından keçən gəmilərin marşrutunu təsdiqlədiyini, lakin bəzi məsələlərin hələ də müzakirə olunduğunu bildirib.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Press TV məlumat yayıb.

Bildirilib ki, avqustun 5-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi İran və Omanın Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatları barədə razılığa gəldiyini açıqlayıb. O, Tehran və Məskat arasında gələcək razılaşmanın boğazın dərhal açılması demək olmadığını, bunun ABŞ-ın atacağı addımlardan asılı olduğunu vurğulayıb.

Share