İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksək rütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb
16.08.2026Şənbə günü Livanın cənubunda İsrail əsgərlərinə edilən hücuma cavab olaraq “Hizbullah” hərəkatının Bədr bölməsinin yüksək rütbəli komandiri öldürülüb.
Hakimiyyet.info.az TASS-a istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) bəyanatında bildirilib.
Bəyanatda deyilir: “İDF Hizbullahın təhlükəsizlik zonasında (Livanın cənubundakı) əsgərlərə qarşı hərəkətlərinə cavab olaraq “Hizbullah”ın Bədr bölməsinin yüksək rütbəli komandiri Əbu Həsən Alaanı öldürüb”.
Hərbçilərin sözlərinə görə, həmin şəxs “təhlükəsizlik zonasında fəaliyyət göstərən İsrail Müdafiə Qüvvələri əsgərlərinə qarşı çoxsaylı hücumların təşkilində, o cümlədən Livanın cənubundakı əsgərlərə partlayıcı maddələrlə yüklənmiş dronların atılmasında iştirak edib.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Əbu Həsən Alaan “son illərdə əsgərləri və İsrail mülki şəxslərini hədəf alan Hizbullahın bir neçə döyüş bölməsinə komandanlıq edib”.











