Azərbaycanın ixrac etdiyi neft koksunun həcmi 34 faizdən çox artıb

Azərbaycanın ixrac etdiyi neft koksunun həcmi 34 faizdən çox artıb

17.08.2026 Off By Füzuli İsmayılov

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan neft koksunun ixracı illik müqayisədə 34,3 faiz artaraq 151,1 min ton təşkil edib.

Hakimiyyet.info.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ixrac edilən məhsulun dəyəri isə ötən ilin analoji dövrü ilə müqayisədə 71,6 faiz artaraq 59 milyon 920,7 min dollar olub.

Xatırladaq ki, 2025-ci ilin eyni aylarında Azərbaycandan 112,5 min ton və ya 34 milyon 911,8 min dollar dəyərində neft koksu ixrac edilib.

Share