Meşə yanğını ilə əlaqədar Almaniyanın Monşau şəhərində əhalinin təxliyəsinə başlanılıb
17.08.2026Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Monşau şəhərinin əhalisinin qonşu Belçikanın Hohe Venn təbiət qoruğunda davam edən meşə yanğını ilə əlaqədar təxliyəsinə başlanılıb.
Hakimiyyet.info.az yerli mediaya istinadla xəbər verib ki, təxliyə edilənlər üçün Simmerath şəhərində müvəqqəti sığınacaq yaradılıb.
Belçikanın şərqində yerləşən Hohe Venn ərazisində baş verən yanğın avqustun 14-də başlayıb. İstiqamətini tez-tez dəyişən güclü külək yanğının söndürülməsi işlərini çətinləşdirir.
Yanğının söndürülməsinə 500 nəfər və 120 texnika cəlb olunub. Yanğınsöndürmə əməliyyatına Niderlanddan helikopterlər, İsveçdən yanğınsöndürmə təyyarələri, Almaniya və Lüksemburqdan xilasedicilər dəstək göstərir. Əməliyyatlara Belçika ordusunun xüsusi texnikası da cəlb olunub.











