Şəmkirdə ağır yol qəzası ölümlə nəticələnib

Şəmkirdə ağır yol qəzası ölümlə nəticələnib

17.08.2026 Off By Füzuli İsmayılov

Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2106” ilə “KİA” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində həyatını itirən Sarıtəpə kənd sakinlərindən 3-ü uşaq, 2-si böyükdür.

Faktla bağlı araşdırma aparılır.

Share