Türkiyə-Azərbaycan Universitetinin 7 tələbəsi yay təcrübə proqramına göndərilib 

Türkiyə-Azərbaycan Universitetinin 7 tələbəsi yay təcrübə proqramına göndərilib 

17.08.2026 Off By Füzuli İsmayılov

Türkiyə-Azərbaycan Universitetinin (TAU) 7 tələbəsi Türkiyədə istehsalat təcrübəsinə göndərilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədris proqramına əsasən, istehsalat təcrübəsi II kursun yay semestrində həyata keçirilir.

Akademik göstəriciləri və ümumi orta müvəffəqiyyət balı yüksək olan TAU-nun kompüter mühəndisliyi ixtisasının III kurs tələbələri Aytac Hüseynli, Humay Harunova, Fərhad Səfərli, Həsənbəy Həmidov, İbrahim Bayramov, Coşqun Qasımlı və II kurs tələbəsi Tuncay Qafarlı (əlavə olaraq, TÜBİTAK-ın layihəsində də çalışır) Orta Doğu Texniki Universitetində (ODTÜ) hazırda yay təcrübə proqramında iştirak edirlər.

Təcrübə proqramı çərçivəsində tələbələrin yol, yaşayış və digər xərcləri dövlət tərəfindən tam şəkildə maliyyələşdirilir.

Share