Tramp Hörmüz boğazında ABŞ-nin səylərinə mane olarsa, Omana hücum edəcəyini açıqlayıb
17.08.2026ABŞ Prezidenti Donald Tramp Oman Hörmüz boğazında Birləşmiş Ştatların səylərinə mane olarsa, bu ölkəyə hücum edəcəyini deyib.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə o, “Fox News”un əməkdaşı Trey Yingstə verdiyi müsahibədə bildirib.
“Əgər Oman mane olarsa, biz onları bombalayacağıq”, – deyə ABŞ Prezidenti qeyd edib.
Xatırladaq ki, ABŞ və İran arasında iyun ayında razılaşdırılmış sülh danışıqları üçün 60 günlük müddət bu gün bitir. İran Omanla Hörmüz boğazı ilə bağlı danışıqlarının mürəkkəb şəkildə, lakin davam etdiyini bildirib.











