Qubada minik və yük avtomobilləri toqquşub, yaralılar var 

Qubada minik və yük avtomobilləri toqquşub, yaralılar var 

17.08.2026 Off By Füzuli İsmayılov

Bakı-Quba yolunda beş nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili ilə “İveco” markalı yük maşını toqquşub.

İlkin məlumata görə, qəza zamanı minik avtomobilində olan 5 nəfər ağır xəsarət alıb. Yaralıları Quba rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan bildirilib ki, hadisə nəticəsində xəsarət alan 5 nəfər (2 kişi, 3 qadın) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Share