Yunanıstanın Sifnos adasında helikopter qəzasında üç nəfər ölüb

Yunanıstanın Sifnos adasında helikopter qəzasında üç nəfər ölüb

17.08.2026 Off By Füzuli İsmayılov

Yunanıstanın Sifnos adasında bazar ertəsi axşam saatlarında şəxsi helikopterin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Yunanıstanın yanğınsöndürmə xidməti məlumat yayıb.

Məlumata görə, turistlərin tez-tez üz tutduğu Kiklad adasında qəza barədə dərhal həyəcan siqnalı verilib. Yunanıstanda qeydiyyatda olan helikopter qəzaya uğradıqdan sonra yanğın baş verib. Hadisə yerində pilotun və bir cütlüyün meyitləri aşkarlanıb.

“I Kathimerini” qəzetinin yazdığına görə, Bell markalı helikopter havaya qalxdıqdan bir neçə saniyə sonra dənizə düşüb. Nəşrin məlumatına əsasən, pilot cəmi iki ay əvvəl işə qəbul olunmuşdu.

Qəzanın başvermə səbəbləri hələ açıqlanmayıb.

Xatırladaq ki, avqustun əvvəlində Afinanın qərbində baş vermiş güclü meşə yanğınının söndürülməsinə cəlb edilən iki helikopter havada toqquşmuş, nəticədə ekipajın iki üzvü həyatını itirmişdi.

Share