Kanala düşərək ölən Göyçay sakininin meyiti İsmayıllıda tapılıb
17.08.2026Şirvan kanalına düşərək ölən Göyçay sakininin meyiti İsmayıllıda tapılıb.
Hakimiyyet.info.az-in məlumatına görə, hadisə avqustun 15-də baş verib.
Göyçay rayon sakini Tahir Qafar oğlu Quliyev Şirvan kanalına düşərək həyatını itirib.
Onun meyiti avqustun 16-da kanalın İsmayıllı rayonunun Qubaxəlilli kəndi yaxınlığından keçən hissəsində aşkar edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.











