Azərbaycanın yunan-Roma güləşçisi dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Azərbaycanın yunan-Roma güləşçisi dünya çempionatında bürünc medal görüşünə çıxacaq

17.08.2026 Off By Füzuli İsmayılov

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.

Hakimiyyet.info.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 55, 67, 72 və 97 kiloqramda mübarizəyə start verilib.

Emin Cavadlı (55 kiloqram) mundiala inamlı start verib. Avropa çempionumuz fransalı Nolan Pissoşeylə (11:0) ermənistanlı Edqar Petrosyana (10:1) tam üstünlüklə, rusiyalı İliya Kandalinə isə 4:2 hesabı ilə qalib gələrək yarımfinala adlayıb. O, finala gedən yolda gürcüstanlı Koba Karumidzeyə 4:11 hesabı ilə məğlub olub. Həmyerlimizin sabah bürünc medal görüşündə Jiale Li (Çin) – Hiro Sakamoto (Yaponiya) qarşılaşmasının qalibiylə güləşəcək.

Üç güləşçimiz 1/8 final mərhələsində mübarizəni dayandırıb. Murad Əliyev (67 kiloqram) Ermənistan təmsilçisi Yurik Mxitaryana 6:13, Kamran Rəcəbli (72 kiloqram) özbəkistanlı Behruzbek Vəliyevə 0:8 və Rihad İbrahimli (97 kiloqram) isə yaponiyalı Ryozey Katamatsuya 1:4 hesabı ilə məğlub olub.

Share