“Nyukasl” “Benfika”nın futbolçusunu 35 milyon avroya transfer edib
18.08.2026İngiltərənin “Nyukasl” klubu Portuqaliyanın “Benfika” komandasının futbolçusu Amar Dediçin transferini açıqlayıb.
Hakimiyyet.info.az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Bosniya və herseqovinalı oyunçunun transferi 35 milyon avroya başa gəlib. Futbolçu yeni komandasında 37 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Amar Dediç 2025-ci ilin iyulundan “Benfika”da çıxış edirdi. O, Lissabon təmsilçisinə “Zalsburq”dan 12 milyon avro qarşılığında keçmişdi. Dediç ötən mövsüm Portuqaliya çempionatında 24 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.











