Azərbaycan Respublikası Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğlərinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

18.08.2026 Off By Füzuli İsmayılov

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin beşinci abzasına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğlərinin müəyyən edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.

3. Bu Qərar 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 17 ” “ avqust ” 2026-cı il

№ 259

Share