Moskva vilayətində 150-dən çox PUA vurulub, üç nəfər xəsarət alıb
18.08.2026Raket hücumundan müdafiə qüvvələri və radioelektron mübarizə vasitələri Moskva vilayəti üzərində 150-dən çox pilotsuz uçuş aparatını (PUA) məhv edib. Hücum nəticəsində biri 10 yaşlı qız olmaqla, üç nəfər xəsarət alıb.
Hakimiyyet.info.az xəbər verir ki, PUA-lar Boqorodsk, Ramensk, Pavlovski Posad, Orexovo-Zuyevo, Voskresensk, Stupino və Kolomna şəhər dairələri, eləcə də Elektrostal şəhəri üzərində vurulub.
Ramensk şəhər dairəsində PUA-nın fərdi yaşayış evinin üzərinə düşməsi nəticəsində 10 yaşlı qızın əli qəlpə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Boqorodsk şəhər dairəsində PUA qalıqlarının düşməsi nəticəsində xəsarət alan qadına tibbi yardım göstərilib, Kolomnada isə 27 yaşlı kişi xəsarət alıb.
Hücumun ən ciddi nəticələri Pavlovski Posad şəhər dairəsində qeydə alınıb. Kuznetsı kəndində fərdi yaşayış evi tamamilə yanıb. Pavlovski Posadda çoxmənzilli yaşayış binasının dam örtüyü yanıb, sakinlər təxliyə olunub. 1 May küçəsində yerləşən binada da yanğın baş verib.
Kolomnada PUA qalıqlarının düşməsindən sonra “Qlobus” ticarət mərkəzinin yaxınlığında ticarət pavilyonu yanıb. Həmçinin VVAQ idarəsinin binasına və mağazaya ziyan dəyib, “Sovetskaya” meydanında yerləşən yaşayış binasının pəncərələri sınıb.
Bundan başqa, Kotelniki şəhərində tikilməkdə olan yaşayış kompleksinin ərazisində dayaqlı platforma və izolyasiya materialları yanıb. Elektrostalda avtomobilə və transformator yarımstansiyasına, Ramensk şəhər dairəsində isə fərdi yaşayış evinə ziyan dəyib.
PUA-lardan biri Moskva vilayətində “Wildberries” şirkətinin logistika mərkəzinə düşüb. Xəsarət alan olmayıb. Şirkətin məlumatına görə, anbara cüzi ziyan dəyib.











