Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

18.08.2026 Off By Füzuli İsmayılov

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisə və mərkəzlərində, habelə qurumun sifarişləri üzrə yaradılmış günərzi və reabilitasiya mərkəzlərində hazırda 4 minədək uşağa xidmətlər göstərilir.

Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Xüsusi qayğıya ehtiyacı olan, o cümlədən əlilliyi olan həmin uşaqlardan 882 nəfəri stasionar, 2936 nəfəri yarımstasionar, 165 nəfəri ambulator formada xidmətlərlə təmin edilir.

Onların reabilitasiya potensiallarının reallaşdırılması, funksional bacarıqlarının inkişafı, gündəlik həyata və cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə işlər aparılır.

Habelə uşaqların maraq və qabiliyyətləri nəzərə alınaraq müxtəlif dərnəklər vasitəsilə özünəxidmət qabiliyyətlərinin artırılması və təxəyyüllərinin inkişaf etdirilməsi üçün xidmətlər göstərilir.

Share