Binəqədidə istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb

Binəqədidə istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb

18.08.2026 Off By Füzuli İsmayılov

Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə baş verən yanğın tam söndürülüb.

Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Binəqədidə istifadə olunmayan tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub və yanğın tam söndürülüb.

Share