Bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub 

Bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub 

18.08.2026 Off By Füzuli İsmayılov

Hacıqabul rayonunda bacısını bıçaqla qətlə yetirməkdə təqsirləndirilən şəxs hüquq-mühafizə orqanlarına təslim olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Hacıqabul şəhəri Sabir Almazov küçəsində qeydə alınıb. Hacıqabul sakini Cəfər Həsənov bacısı Zeynəb Qocayevanı bıçaqla vuraraq qətlə yetirməkdə şübhəli bilinir.

Cəfər Həsənov könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub. Faktla bağlı araşdırma aparılır.

Share