Azərbaycan taekvondoçuları Prezident Kubokunda mübarizəyə başlayırlar

Azərbaycan taekvondoçuları Prezident Kubokunda mübarizəyə başlayırlar

19.08.2026 Off By Füzuli İsmayılov

Pakistanın paytaxtı İslamabad şəhərində taekvondo üzrə 8-ci Prezident Kuboku yarışı keçirilir.

Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, turnirdə Azərbaycanı 2 idmançı təmsil edir.

Milli komandanın üzvləri Qaşim Maqomedov və Fuad Məhərləmli (hər ikisi 63 kiloqram) bu gün turnirdə mübarizəyə başlayacaqlar.

Share