Əşrəf Hakimi dünyanın ən yaxşı cinah müdafiəçiləri reytinqində birinci yerdədir

Əşrəf Hakimi dünyanın ən yaxşı cinah müdafiəçiləri reytinqində birinci yerdədir

19.08.2026 Off By Füzuli İsmayılov

ABŞ-nin idman telekanalı ESPN 2025/26 mövsümündəki dünyanın ən yaxşı cinah müdafiəçilərinin reytinqini tərtib edib.

Hakimiyyet.info.az xəbər verir ki, siyahıya PSJ və Mərakeş millisinin sağ cinah müdafiəçisi Əşrəf Hakimi başçılıq edir.

2025–2026 mövsümündə müdafiəçi PSJ və Mərakeş millisinin heyətində ümumilikdə 43 oyunda meydana çıxıb. O, 4 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Əvvəlki mövsümlərdəki çıxışları da nəzərə alınaraq siyahıya zədələr səbəbindən mövsümün əhəmiyyətli hissəsini buraxan futbolçular da daxil edilib. Futbolçuların 2026-cı il Dünya Çempionatındakı çıxışları da qiymətləndirilib, lakin əsas şərt bu olmayıb. Daha önəmli olan onların bütün mövsüm ərzindəki göstərdiyi oyun olub. Uzunmüddətli çıxışlar daha az oyun keçirilən turnirlərdə göstərilən performansdan daha yüksək qiymətləndirilib.

Ən yaxşı 10 cinah müdafiəçisi:

1.Əşrəf Hakimi — PSJ, Mərakeş

2.Nuno Mendes — PSJ, Portuqaliya

3.Yurriyen Timber — “Arsenal”, Niderland

4.Federiko Dimarko — “İnter”, İtaliya

5.Mark Kukurelya — “Real Madrid”, İspaniya

6.Denzel Dumfris — “Real Madrid”, Niderland

7.Jül Künde — “Barselona”, Fransa

8.Piero İnkapiye — “Arsenal”, Ekvador

9.Alexandro Qrimaldo — “Atletiko Madrid”, İspaniya

10.Niko O’Rayli — “Mançester Siti”, İngiltərə

Share