İsveçrədə 34 il əvvəl itkin düşmüş alpinistlərin qalıqları tapılıb

İsveçrədə 34 il əvvəl itkin düşmüş alpinistlərin qalıqları tapılıb

20.08.2026 Off By Füzuli İsmayılov

İsveçrənin Alp dağlarında 1992-ci ildə itkin düşən iki alpinistin qalıqları tapılıb.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə “CBS News” yerli polisə istinadən bildirib.

Qalıqlar iyulun 26-da ölkənin cənub hissəsində, İtaliya sərhədi yaxınlığındakı Trift buzlağında tapılıb. Sümüklərin 1992-ci ildə Vaysmies ərazisində itkin düşmüş iki belçikalı alpinistə məxsus olduğu təsdiqlənib.

Polis bildirib ki, dağlarda onilliklər əvvəl itkin düşən insanların qalıqları buzlaqların əriməsi nəticəsində üzə çıxıb.

Share