Tusk: Polşa Şengen zonasından çıxmaqla bağlı referendum keçirməyəcək

Tusk: Polşa Şengen zonasından çıxmaqla bağlı referendum keçirməyəcək

20.08.2026 Off By Füzuli İsmayılov

Polşa Şengen zonasından çıxmaqla bağlı referendum keçirmək niyyətində deyil.

Hakimiyyet.info.az xarici mediaya istinadla xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk keçmiş hökumət başçısı Mateuş Moravetskinin ideyasını şərh edərkən söyləyib.

Tusk “TVP Info” tərəfindən yayımlanan mətbuat konfransında jurnalistin sualına cavab olaraq “Xeyr, Şengendən çıxmaq məsələsi ilə bağlı referendum olmayacaq”, – deyə bildirib.

Share