Üç yüzdən çox üsyançı Sudan ordusuna keçib

Üç yüzdən çox üsyançı Sudan ordusuna keçib

20.08.2026 Off By Füzuli İsmayılov

“Sürətli reaksiya qüvvələri” üsyançı hərəkatının 318 döyüşçüsündən ibarət qrup Sudan ordusuna keçib.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə “Africanews” məlumat yayıb.

Bildirilir ki, qrupa general-mayor Musa Əli Əhməd rəhbərlik edir. Qoşunlar silah və digər hərbi texnika daşıyan təxminən 50 döyüş maşını ilə Əd-Dabba şəhərinə gəliblər.

Əli Əhmədin sözlərinə görə, “Sürətli reaksiya qüvvələri”ndən ayrılmaq qərarı onun sıralarında institusional idarəetmənin olmaması səbəbindən verilib. O bildirib ki, onun bölməsi Sudanın birliyi və sabitliyi uğrunda ordu ilə birlikdə döyüşməyə hazırdır.

Onları sərhəd qoşunlarının komandanı polkovnik Məhəmməd Saleh Yunis qarşılayıb. O, digər üsyançıları da silahlı qüvvələrə qoşulmağa çağırıb.

Share