Ukrayna makroiqtisadi proqnozda inflyasiyanı 11,6 faizə qaldırıb
03.04.2020Ukrayna Nazirlər Kabineti 2020-ci il üçün yenilənmiş makroiqtisadi proqnozda inflyasiyanı əvvəllər təsdiqlənmiş 5,5 faizdən 11,6 faizə qaldırıb.
AZƏRTAC Nazirlər Kabinetinə istinadla xəbər verir ki, işsizlərin sayının isə 9,4 faiz təşkil ediləcəyi proqnozlaşdırılır. Nazirlər Kabinetinin yenilənmiş makroiqtisadi proqnozunda inflyasiya ilə tənzimlənən nominal əməkhaqqı keçən ilə nisbətən 4,5 faiz azalacaq. 15-70 yaş arasında iqtisadi fəaliyyətlə məşğul olanların sayı 16,33 milyon nəfər olacaq.











