Türkiyədə şaquli qalxma qabiliyyətinə malik “Bayraktar” PUA-larından istifadə olunacaq
20.08.2026Şaquli qalxma qabiliyyətinə malik “Bayraktar KALKAN” PUA-larının ilk partiyası yaxın günlərdə Türkiyənin rəsmi qurumlarının istifadəsinə veriləcək.
Hakimiyyet.info.az xəbər verir ki, bununla bağlı mərasim “TEKNOFEST” festivalına hazırlıq mərhələsi çərçivəsində Gölcükdəki gəmiqayırma zavodunun ərazisində keçiriləcək.
“Bayraktar KALKAN” PUA-sı kəşfiyyat məlumatlarının toplanması və ərazinin müşahidəsi məqsədilə hazırlanıb. Bu tip pilotsuz uçuş aparatları avtonom şəkildə şaquli qalxma və eniş zamanı 4 elektrik mühərrikindən istifadə edir, uçuş zamanı isə daxiliyanma mühərrikinə keçir.
Qanadlarının açılışı 5 metr, maksimal çəkisi 78 kiloqram olan PUA 6 min fut (1,8 kilometrdən çox) əməliyyat hündürlüyünə qalxır və havada ən azı 6 saat qala bilir. Üzərində 3 kiloqramlıq yükdaşıyan PUA məlumatları 70 kilometrdən artıq məsafəyə ötürə bilir.











