Rusiyada görülən tədbirlər xəstələrin sayının azalmasına müsbət təsir göstərib

Rusiyada görülən tədbirlər xəstələrin sayının azalmasına müsbət təsir göstərib

03.04.2020 Off By Füzuli İsmayılov

Rusiyada koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyət müsbət ssenari üzrə inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko deyib. O bildirib ki, ölkədə həyata keçirilən tədbirlər xəstələrin sayının azalmasına və xəstəliyin yüngül formada keçməsinə müsbət təsir göstərib. Nazirin sözlərinə görə, Rusiyada koronavirus xəstələri yüksəkixtisaslı həkimlər tərəfindən müalicə edilir.

Qeyd edək ki, Rusiyada COVID-19 xəstəliyindən əziyyət çəkənlərin sayı 4149 nəfərə çatıb, 218 xəstə sağalıb, 34-ü dünyasını dəyişib.

Share