İsmayıllıda yol qəzasında 2 nəfər ölüb

İsmayıllıda yol qəzasında 2 nəfər ölüb

20.08.2026 Off By Füzuli İsmayılov

İsmayıllı rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Muğanlı-İsmayıllı avtomobil yolunda qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, günorta saatlarında magistral yolda hərəkətdə olan 2 minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdən birində olan 2 nəfər həyatını itirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.

Share