Tovuzda 41 yaşlı qadını ilan sancıb

Tovuzda 41 yaşlı qadını ilan sancıb

20.08.2026 Off By Füzuli İsmayılov

Tovuz rayonunda qadını ilan sancıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Aşağı Mülkülü kəndində 1985-ci il təvəllüdlü Əfsanə Zeynalova həyətdə işləyərkən baş verib.

O, dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və ona ilan zəhəri əleyhinə zərdab vurulub.

Əfsanə Zeynalovanın vəziyyətinin kafi olduğu bildirilir.

Share