Kürdəxanıda tikinti materialları olan ərazidə baş verən yanğın söndürülüb
20.08.2026Bakı şəhərinin Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində, yol kənarında tikinti materialları olan ərazidə baş verən yanğın söndürülüb.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.











