İcbari Sığorta Bürosu daşınmaz əmlakla bağlı məqalə müsabiqəsinin vaxtını uzadıb
03.04.2020İcbari Sığorta Bürosu (İSB) “Daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası haqqında nə bilirik? Maariflənək, maarifləndirək” mövzusunda məqalə müsabiqəsinin vaxtını uzadır.
İSB-dən AZƏRTAC-a bildirilib ki, məqalə müsabiqəsinin vaxtı aprelin 10-dək uzadılıb. Martın 6-da başlanılan müsabiqəyə mərkəzi və regional elektron və çap KİV-lərində nəşr olunmuş yazılar qəbul olunur. Müsabiqədə I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq 2000, 1500, 1000 manat məbləğində pul mükafatları və müvafiq sertifikatlar veriləcək.











