Muxtar respublikada 39 dövlət əmlakı özəlləşdirilib
21.08.2026Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən muxtar respublikada 39 dövlət əmlakı özəlləşdirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, özəlləşdirmədən daxil olan 137,9 min manat vəsait muxtar respublika büdcəsinə ödənilib.
Cari ilin 7 ayında muxtar respublikada 43 hərrac keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə keçirilmiş hərracların sayı 2,4 faiz çox olub.











