Sankt-Peterburqda anbarda baş verən yanğın 60 min kvadratmetr sahəni əhatə edib
23.08.2026Sankt-Peterburqdakı anbar kompleksində baş verən güclü yanğın genişlənərək 60 min kvadratmetr sahəni bürüyüb.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yanğının əhatə dairəsi böyüdüyündən içərisində müxtəlif mallar və məhsullar olan obyektdə dörd ayrı yanğınsöndürmə sahəsi yaradılıb. Alovun söndürülməsi əməliyyatına 217 nəfərlik şəxsi heyət və 65 ədəd texnika cəlb olunub.
Xatırladaq ki, əvvəllər Kolpinskoye şossesi 135 ünvanında baş verən yanğının 22 min kvadratmetr ərazini əhatə etdiyi bildirilirdi. Hazırda xəsarət alanlar barədə hələ ki məlumat verilməyib.











