Mövsümdə ilk, “Neftçi” üçün 150-ci böyükhesablı qələbə

Mövsümdə ilk, “Neftçi” üçün 150-ci böyükhesablı qələbə

24.08.2026 Off By Füzuli İsmayılov

Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümündə ilk böyükhesablı nəticə qeydə alınıb.

Hakimiyyet.info.az xəbər verir ki, II turun “Neftçi” – “Araz-Naxçıvan” görüşündə meydan sahibləri 5:0 hesabı ilə qalib gəliblər.

Bu, paytaxt təmsilçisinin ölkə çempionatının yüksək dəstəsində 150-ci böyükhesablı qələbəsi olub. “Ağ-qaralar” 98 dəfə evdə, 52 dəfə səfərdə 3 və ya daha çox top fərqi ilə qələbə qazanıb.

Qeyd edək ki, “Neftçi” ilk belə qələbəsini Şamaxının “Şirvan” klubu üzərində əldə edib. 1992-ci il mövsümündəki qarşılaşma 8:1 hesabı ilə başa çatıb.

Share