Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

24.08.2026 Off By Füzuli İsmayılov

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.

Hakimiyyet.info.az xəbər verir ki, 7 vaqondan ibarət, çəkisi 242 ton olan propan avqustun 24-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 50 min tondan çox taxıl, 9 min tonadək gübrə, 1172 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tonadək dizel yanacağı, 5 min tonadək Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Share