Paytaxtın bu ərazisində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Paytaxtın bu ərazisində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

24.08.2026 Off By Füzuli İsmayılov

Aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonunun Rövşən Əliyev küçəsinin Babək prospektindən Xocalı prospektinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Hakimiyyet.info.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadla xəbər verir ki, məhdudiyyət aşağıdakı vaxtlarda tətbiq ediləcək:

– 24 avqust saat 22:00-dan 25 avqust saat 08:00-dək;

– 25 avqust saat 22:00-dan 26 avqust saat 08:00-dək.

Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Share