Beyləqanda ağır yol qəzası: minik avtomobilinin sürücüsü ölüb

Beyləqanda ağır yol qəzası: minik avtomobilinin sürücüsü ölüb

24.08.2026 Off By Füzuli İsmayılov

Beyləqan rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hakimiyyet.info.az xəbər verir ki, hadisə Bakı–Beyləqan avtomobil yolunun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, “MAN” markalı yük avtomobili ilə “Hyundai” markalı minik avtomobili toqquşub.

Toqquşma zamanı “Hyundai”in sürücüsü, 1978-ci il təvəllüdlü Əlzamin Saday oğlu Məmmədov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma başlanılıb.

Share