Rusiyada yüz minlərlə hektar meşə sahəsini yanğın bürüyüb 

Rusiyada yüz minlərlə hektar meşə sahəsini yanğın bürüyüb 

25.08.2026 Off By Füzuli İsmayılov

Rusiyanın Krasnoyarsk diyarında meşə yanğınlarının sahəsi son 24 saat ərzində 34 min hektar artaraq 439 min 400 hektara çatıb.

Hakimiyyet.info.az TASS-a istinadla xəbər verir ki, bölgənin üç rayonunda -Evenki, Turuxansk və Yeniseydə yanğınlar davam edir.

Yaşayış məntəqələri üçün təhlükə yoxdur. Yanğınların söndürülməsində 647 nəfər iştirak edir.

Share