Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

25.08.2026 Off By Füzuli İsmayılov

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı Gündüz Tağıyev saxlanılıb. Onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 46 ədəd narkotik tərkibli bitki aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Share