“Azərişıq” Ağdərənin elektrik təsərrüfatını yenidən qurur

“Azərişıq” Ağdərənin elektrik təsərrüfatını yenidən qurur

25.08.2026 Off By Füzuli İsmayılov

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurun digər ərazilərində olduğu kimi Ağdərədə də elektrik təsərrüfatını yeniləyir.

ASC-dən AZƏRTAC-a bildirilib ki, rayon ərazisində 0,4 və 35 kilovoltluq elektrik şəbəkəsi yenidən qurulur. Yenidənqurma işləri Ağdərənin Həsənriz, Kolatağ, Qozlu, Çıldıran, Çardaxlı, Meqrelatay, Aşağı Oratağ kəndlərini də əhatə edib. Həmin ərazilərdə 35/0,4 kilovoltluq Komplekt Transformator Məntəqələrinin quraşdırılması həyata keçirilir.

Köç olan digər yaşayış məntəqələrində – Çapar, Heyvalı və Vənglidə də elektrik şəbəkəsi yenilənir. Həmin ərazilərdə 0,4 və 35 kilovoltluq metal dayaqlar basdırılır, Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilir. Həmçinin rayonun mövcud elektrik şəbəkəsində təmir-bərpa işləri davam etdirilir.

“Azərişıq” ASC Ağdərə ilə yanaşı, ölkənin bütün regionlarda mərhələli şəkildə təmir-bərpa və yenidənqurma işlərini həyata keçirir. Məqsəd abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək, enerji itkisini minimuma endirməkdir.

Share