DSMF: Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

DSMF: Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

25.08.2026 Off By Füzuli İsmayılov

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu gün avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Bu barədə AZƏRTAC-a DSMF-dən məlumat verilib. Beləliklə, Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.

Bundan əvvəl avqustun 14-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikasında, avqustun 21-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin avqust ayı üzrə pensiyaları ödənilib.

Share