Şabranda yük və minik avtomobilləri toqquşub, ölən var

Şabranda yük və minik avtomobilləri toqquşub, ölən var

26.08.2026 Off By Füzuli İsmayılov

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəndob-Yalama yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində yük avtomobili ilə “Hyundai” markalı minik maşını toqquşub. Hadisə zamanı minlik avtomobilində olan sərnişin ölüb, sürücü isə ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Share