Salyanda ölümlə nəticələnən yol qəzası olub 

Salyanda ölümlə nəticələnən yol qəzası olub 

26.08.2026 Off By Füzuli İsmayılov

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, axşam saatlarında Salyan rayonunun Şorsulu kəndi ərazisində qeydə alınan qəza zamanı “Toyota” və “Opel” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində Neftçala rayon sakini 64 yaşlı Naib Məhəmməd oğlu Hüseynov ölüb.

Share