Blokada səbəbindən 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qalıb

Blokada səbəbindən 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qalıb

26.08.2026 Off By Füzuli İsmayılov

ABŞ qüvvələri İran limanlarını blokada etməyə davam edərkən, Şri-Lanka sahillərində İran bayrağı altında üzən 10-dan çox tanker qalıb.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Gəmiçilik analitik şirkəti olan “TankerTrackers”in məlumatına görə, Şri-Lankanın iqtisadi zonasında İran dövlət qurumlarına məxsus təxminən 10-dan çox tanker qalır.

Şri-Lankanın Limanlar Nazirliyi sahildə İran tankerlərinin qalmasından xəbərsiz olduqlarını bildirib. Xarici İşlər Nazirliyi isə şərh verməkdən imtina edib.

Share